
“Arsenal” braziliyalı futbolçu ilə maraqlanır
“Arsenal” “Marsel”ə keçməyə yaxın olan Eddi Nketianı əvəzləmək istədiyi hücumçunu tapıb.
Komanda.az “Football Transfers”-ə istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta “Brayton”dan Joao Pedro ilə maraqlanır.
Braziliyalı futbolçu hazırkı komandasına ötən yay “Uotford”dan keçmişdi. O, İngiltərə Premyer Liqasının son mövsümündə 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
22 yaşlı forvard bu günə kimi Braziliyanın əsas milli komandasının heyətində bir oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin