“Arsenal” irlandiyalı müdafiəçi ilə maraqlanır

“Brayton”un müdafiəçisi Natan Kollins İngiltərə Premyer Liqasının top klublarından birinin transfer hədəfinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” irlandiyalı futbolçu ilə maraqlanır. London klubunun rəhbərliyi müdafiəçini Uilyam Salibanın əvəzedicisi kimi nəzərdən keçirir. Fransalı futbolçu yayda klubunu dəyişə bilər.

Kollins bu mövsüm 36 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button