
İngiltərə klubu Palinyanın transferini nəzərdən keçirir
“Arsenal” “Bayern”in yarımmüdafiəçisi Joao Palinyanı transfer etmək variantını nəzərdən keçirir.
Komanda.az xəbər verir ki, bu barədə “Cfbayerninsider” məlumat yayıb.
Portuqaliyalı futbolçunun xidmətində Premyer Liqanın digər klubu “Tottenhem” də maraqlıdır.
“Bayern”in baş məşqçisi Vensan Kompani Palinyanı oyun planında əsas fiqur hesab etmir və onun transferinə mane olmayacaq. 30 yaşlı oyunçu ötən yay “Fulhem”dən 51 milyon avroya “Bayern”ə keçib.
Palinya son mövsümdə klub və yığma səviyyəsində ümumilikdə 27 oyun keçirib, heç bir məhsuldar göstərici ilə yadda qalmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin