“Arsenal” “Bayer”lə razılığa gəlib

“Arsenal” Leverkuzen “Bayer”inin 23 yaşlı müdafiəçisi Piero İnkapienin transferi ilə bağlı razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu ekvadorlu futbolçunun icarəsi üçün 6 milyon avro ödəyəcək.

Məlumatda həmçinin, qeyd olunur ki, müqavilədəki satınalma bəndi məcburi ola bilər. Daha əvvəl yayılmış xəbərlərə əsasən, ümumi transfer məbləğinin 52 milyon avroya çatma ehtimalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button