Virts uğrunda mübarizəyə daha bir klub qoşulub

Leverkuzen “Bayer”ində çıxış edən hücumameyilli yarımmüdafiəçi Florian Virts Avropanın daha bir top-klubunun hədəfinə çevrilib.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, “Arsenal” almaniyalı futbolçunu transfer etməkdə maraqlıdır.

“Topçular” 21 yaşlı futbolçu üçün “Real” və “Bayern”lə mübarizə aparmaq niyyətindədir. “Bayer” təxminən 150 milyon avro təklif etsələr, onunla ayrılmağa hazırdır.

Virts Almaniya çempionatının cari mövsümündə 4 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button