“Barselona”nın müdafiəçisi İngiltərə klubuna keçə bilər

Fransa millisinin və “Barselona”nın müdafiəçisi Jül Kunde İngiltərə çempionatında çıxış edə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Arsenal” fransalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

“Topçular” Kundenin alınması üçün təxminən 75 milyon avro ayırmağa hazırdır. Tərəflər razılığa gələ bilsələr, onun özü də komandasını dəyişməyin əleyhinə deyil.

26 yaşlı oyunçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 49 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button