
İngiltərə klubu “Barselona”nın futbolçusu ilə maraqlanır
“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado İspaniya çempionatından İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” ispaniyalı futbolçu ilə maraqlanır. Kasadonun Kataloniya klubu ilə müqaviləsində 100 milyon avroluq satınalma maddəsi ilə bağlı bənd var.
21 yaşlı yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonunda başa çatacaq. O, 2024/25 mövsümündə İspaniya çempionatında 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



