“Arsenal” azarkeşləri ilə aramızda bəzi məsələlər ola bilər, amma… – Nəsri
İngiltərə Premyer Liqasının növbəti turunda “Arsenal”la qarşılaşacaq “Vest Hem”in yarımmüdafiəçisi Samir Nəsri, keçmiş klubu haqqında açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu hələ də “Arsenal”ı sevdiyini deyib:
“Arsenal”da oynamaqdan çox məmnun idim, çünki baş məşqçi mənə inanırdı. O, mənə ikinci ata kimi idi. Geriyə baxanda, “Arsenal”ın heyətində üç möhtəşəm il keçirdiyimi görürəm. Amma eyni zamanda, üzüntülər də olub, çünki komandamızın yaxşı keyfiyyəti olmasına baxmayaraq, uğur qazana bilmirdik. Bununla belə, mənim yaxşı xatirələrim var. “Tottenhem”ə, “Portu”ya vurduğum qollar ən yaxşı qollarım idi. Keçmişdə “Arsenal” azarkeşləri ilə aramızda bəzi məsələlər ola bilər, amma mən bu kluba sevgidən başqa heç nə hiss etmirəm”.
Fransalı futbolçu karyerasında ikinci şansın olduğuna inandığını deyib:
“Əlbəttə, mənim hələ də şansım var. Mən özümə inandıqdan sonra hər şey mümkündür. Futbolun velosiped sürməyə bənzədiyni unutmamaq lazımdır. Bir dəfə öyrənsək, bir daha unutmarıq. İndi yeganə məsələ formamı bərpa etməyimdir. Mən geri döndüyümü sübut etməliyəm. Sadəcə, bir illik karyeramı itirdim, bunun üçün təəssüflənmirəm. İkinci bir şans qazandığım üçün xoşbəxtəm və bundan istifadə etməliyəm”.
2008-2011-ci illərdə “topçular”ın şərəfini qoruyan Nəsri, 86 oyunda 18 qol vurub.
“Vest Hem” – “Arsenal” oyunu bu gün, saat 16:30-da start götürəcək.
Bizi Facebook-da izləyin