“Arsenal” azarkeşi olsaydım, özümü yaxşı hiss edərdim”

İngiltərə millisinin sabiq oyunçusu Qari Lineker Premyer Liqanın cari mövsümündəki çempionluq yarışı haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Arsenal” hazırda liderdir və onların heç kimi tutmağa ehtiyacı yoxdur. Amma öz formasını tapmış “Mançester Siti”ni qeyd etmək lazımdır. Digər tərəfdən, “Liverpul” hələlik zəif oynayır. Mən “Arsenal” azarkeşi olsaydım, özümü yaxşı hiss edərdim”.

Premyer Liqanın 11 turundan sonra “Arsenal” 26 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 22 xalla 2-ci yerdədir. “Çelsi” isə 20 xalla ilk üçlüyü tamamlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button