“Arsenal” axtardığını Almaniyada tapdı

“Arsenal” mövsümün sonunda komandadan ayrılacaq Aron Remziyə əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, London təmsilçisi “Hoffenhaym”dan Kərəm Dəmirbayı transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Topçular” türk əsilli almaniyalı yarımmüdafiəçi üçün 25 milyon avro təklif etməyə hazırlaşır. Dəmirbay da Premyer Liqada oynamağa müsbət yanaşır.

Cari mövsümdə “Hoffenhaym”la 28 oyuna çıxan 25 yaşlı yarımmüdafiəçi 4 qol vurub.

Dəmirbay 2 dəfə də Almaniya millisinin formasını geyinib.

“Arsenal”ın yarımmüdafiəçisi Aron Remzi mövsümün sonunda azad agent kimi “Yuventus”a keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button