Arteta ən çox maaş alan məşqçilərdən olacaq
“Arsenal” komandanın baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzatmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” artıq ispan mütəxəssis üçün yeni müqavilə hazırlayıb və tərəflər yaxın vaxtlarda danışıqlara başlayacaqlar.
Klubun 42 yaşlı mütəxəssisin işindən tam razı olduğu və layihəni onunla davam etdirmək istədiyi bildirilir.
Arteta “Arsenal”la müqaviləsini uzatsa, Avropanın ən yüksək maaş alan məşqçilərindən birinə çevriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin