“Arsenal” A Seriyasından iki futbolçu izləyir

“Arsenal” mövsümün sonunda komandadan ayrılacaq Aron Remzinin mövqeyinə yeni futbolçu axtarışlarını davam etdirir.

Komanda.az xəbər verir ki, “topçular” yarımmüdafiə xəttini gücləndirmək məqsədi ilə “Kalyari”dən Nikolo Barellanı transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Arsenal” skautlarının həftəsonu keçirilən “Milan” – “Kalyari” matçında (3:0) 22 yaşlı yarımmüdafiəçini izlədikləri bildirilib.

London təmsilçisinin skautları Barellayla yanaşı, “Milan”lı Susonu da izləyiblər.

“Arsenal”ın baş məşqçisi Unay Emerinin xüsusilə istədiyi iki futbolçu üçün, yay transfer pəncərəsi dövründə danışıqlara başlanılacağı gözlənilir.

Barella və Suso qış fasiləsində də “Arsenal”, “Çelsi”, “Liverpul” kimi klubların diqqət mərkəzinə düşmüş, lakin futbolçuların keçidləri baş tutmamışdı.

Aron Remzi “Arsenal”la müqaviləsi bitdikdən sonra, yəni iyulun 1-də “Yuventus”a keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button