
“Arsenal”ın Rodriqonu hansı məbləğə almaq istədiyi məlum olub
“Real”ın hücumçusu Rodriqo İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Arsenal” braziliyalı futbolçunu almaqda maraqlıdır.
“Topçular” yay transfer pəncərəsində 24 yaşlı forvardı heyətinə qatmağa cəhd edəcək. İngiltərə klubu Rodriqonun alınması üçün 85 milyon avro ayırmağa hazırdır.
Rodriqo İspaniya La Liqasının cari mövsümündə 22 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin