“Arsenal” misirli hücumçuya görə Almaniya klubu ilə əlaqə saxlayıb
“Arsenal” “Çelsi” və “Liverpul”la rəqabətdə qalib gələrək, Frankfurt “Ayntraxt”ının hücumçusu Ömər Marmuşu transfer etmək istəyir.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, “topçular” misirli futbolçunun potensial transferinin təfərrüatlarını öyrənmək üçün artıq Almaniya klubu ilə əlaqə saxlayıb.
Marmuşun “Ayntraxt”la 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı son danışıqlarda müsbət cavab vermədiyi vurğulanır.
25 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 24 matçda iştirak edib, 18 qol vurub və 12 məhsuldar ötürmə verib. Onun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin