“Arsenal”ın əsas hədəflərindən biri odur

Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş “Arsenal” üçün yay transfer pəncərəsinin əsas hədəflərindən biridir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, Qyokereş Portuqaliya klubunu yalnız 60-70 milyon avro təklif olunduğu halda tərk edə bilər.

“Topçular”ın idman direktoru Andrea Berta isveçli bombardiri transfer etməkdə maraqlıdır.

Skandinaviyalı forvard cari mövsümdə 48 oyunda iştirak edib, 52 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Sportinq”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button