“Arsenal” 50 milyon avroluq hücumçu ala bilər
“Arsenal” “Vulverhempton”un hücumçusu Mateus Kunyanı izləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu hələ rəsmi danışıqlara girməyib, braziliyalı futbolçunun mövsümün sonuna qədər “Vulverhempton”da qalma ehtimalı böyükdür.
25 yaşlı forvard əvvəllər “Atletiko”, “Herta”, “Leyptsiq” və “Sion”da çıxış edib. Onun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. O, cari mövsümdə Premyer Liqada 19 matçda 10 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin