“Arsenal” 3 futbolçunu göndərir, türkü gətirir

İngiltərənin “Arsenal” klubunun yay transfer pəncərəsi üçün planı müəyyənləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” mövsümün sonunda üç futbolçu ilə yollarını ayıracaq. Məsut Özil, Matteo Gunduzi və Sokratis Papastatopulos komandanın baş məşqçisi Mikel Artetanın planlarına daxil deyil. Əvəzində “Arsenal” “Feyenoord”un gənc futbolçusu Orkun Kökcünü heyətinə qatmaq niyyətindədir. London klubunun 19 yaşlı futbolçu üçün 23 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.

Türkiyənin 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü olan Kökcü, cari mövsümdə iştirak etdiyi 34 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Sabah”ın futbolçusu Ozan Can Kökcünun qardaşıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button