
MY ondan imtina etdi, “Arsenal” izləyir
“Arsenal” “Sportinq”in isveçli hücumçusu Viktor Qyokereş üçün prioritet seçim olaraq qalır. Daha əvvəl futbolçunun “Mançester Yunayted”dən imtina etdiyi və “Arsenal”da oynamaq istədiyi məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” təsdiqləyib ki, “Sportinq”lə anlaşma indi mümkün olmayacaq. London klubu isə vəziyyəti izləyir.
Qyokereş 2024/2025 mövsümündə bütün klub yarışlarında 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



