“Vengerin ayrılığından sonra “Arsenal”la danışıqlarımız oldu”

Hazırda Fransa Liqa 1-də “Nitsa”nı çalışdıran Patrik Vieyra “Arsenal”la bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular”ın keçmiş futbolçusu, “Arsenal”ı çalışdırmaqla bağlı onun fikrinin öyrənildiyini deyib:

“Arsen Vengerin ayrılığından sonra “Arsenal”la danışıqlarımız oldu. Onlar mənim vəziyyətim, növbəti planlarım barədə soruşdular. Bundan sonra heç bir müraciət olmadı. Lakin Unay Emerinin ayrılığından sonra mənimlə heç bir danışıq olmayıb. Bu barədə heç bir fikrim yoxdur. Fikrim sadəcə, hazırkı komandamdadır. “Arsenal”la bağlı söhbətlər məni narahat etmir. Gələcəkdə nə olacaq, bilmirəm. Amma hazırda bu komandada qalmaq istəyirəm və bilirəm ki, rəhbərlik də mənim işimdən razıdır”.

Vieyra 1996-2005-ci illərdə “Arsenal”ın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button