Topuğunu burxub, dərhal şiş yaranıb
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 10-cu turunun “Arsenal”la oyunundan (2:3) sonra müdafiəçi Trent Aleksandr-Arnoldun zədələnməsindən danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, futbolçunun müayinədən keçməli olduğunu deyib:
“Trent topuğunu burxub, yaxşı deyil. O, çox ağrıyırdı, topuğu dərhal şişməyə başladı. Ona görə də, tibbi müayinədən keçməlidir”.
Aleksandr-Arnold bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin