Arnold Cerrardın uğurunu təkrarladı

İngiltərənin Peşəkar Futbolçular Dərnəyi (PFA) Premyer Liqada 2019/20-ci il mövsümünün ən yaxşı gənc futbolçusunu müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, bu, “Liverpul”un üzvü Trent Aleksander-Arnolddur. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Arnold bu mükafat uğrunda Temmi Abraham, Mason Mount (hər ikisi “Çelsi”), Mason Qrenvud, Markus Reşford (hər ikisi “Mançester Yunayted”) və Bukayo Sakanı (“Arsenal”) geridə qoyub.

İngiltərə millisinin üzvü olan Arnold “qırmızılar”ın sabiq futbolçusu Stiven Cerrarddan sonra bu mükafatı qazanan ilk “Liverpul” futbolçusudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button