Slot ingiltərəli futbolçunun “Real”a mümkün transferindən danışıb

“Liverpul”un baş məşqçisi Arne Slot müdafiəçi Trent Aleksander-Arnoldun “Real”a mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı müqavilə halının müzakirə edilmədiyini bildirib:

“Cavabım yəqin ki, darıxdırıcı olacaq. Məncə, siz bunu əvvəllər eşitmisiz. Müqavilə halı müzakirə edilmir, ona görə də sual verməyə davam edin”.

Aleksander-Arnold “Liverpul”da 2016-cı ilin yayından oynayır. Tərəflər arasındakı müqavilə 2025-ci ilin iyunun sonunda başa çatacaq.

25 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button