“Aris” “Qarabağ” qədər aqressiv komanda deyil” – Şvarqa
Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəkləri Kipr “Aris”i ilə 2-ci raundda üstələdikləri “Qarabağ”ı müqayisə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Aris”in Azərbaycan çempionundan zəif olması ilə bağlı fikirlərə münasibət bildirib:
“Aris” “Qarabağ” qədər aqressiv komanda deyil. “Aris” fərqli komandadır. “Qarabağ” topa sahib olmaqda və aqressivlikdə çox üstündür. Bu baxımdan Azərbaycan təmsilçisi daha yaxşı görünür. Ancaq “Aris” də sürətli əks-hücumlarda və müdafiə xəttində çox yaxşı təşkilatlanıb”.
“Qarabağ”la “Rakuv” arasında Polşada keçirilən oyunda ev sahibləri 3:2 hesablı qələbə qazanmış, Bakıdakı görüşdə bərabərlik (1:1) qeydə alınmışdı.
Bizi Facebook-da izləyin