“Aris” – “Araz-Naxçıvan” matçını yayımlayacaq kanal məlum oldu

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” matçını yayımlayacaq kanal məlum olub.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisinin oyununu “İdman TV” canlı yayımlayacaq.

İyulun 31-də Salonikidə keçiriləcək görüşə saat 22:15-də start veriləcək.

Bakıdakı matçda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button