Arif Əsədov: “Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”
“Bolqarıstan millisi UEFA Millətlər Liqasında olan yığma komandalara bərabərdir”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan – Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.
Əsədov oyunla bağlı fikirlərini bölüşüb:
“Sabah baş tutacaq oyunda bizi ciddi rəqib gözləyir. Düşünürəm ki, Bolqarıstanla oyun çətin olacaq. Heyətdə bəzi dəyişikliklər olacaq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.
Azərbaycan millisi “FIFA series – Edition 2024” turniri çərçivəsində sabah, martın 25-də Bolqarıstanla qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin