Maradona istefaya hazırlaşır – 5 gündür məşqlərə gəlmir
Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi olan Dieqo Maradona istefa verməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə “Ole” nəşri məlumat yayıb. Xəbərdə, Maradonanın Argentina Premyer Liqasının son turunda “Rosario Sentral”a məğlubiyyətdən (0:1) sonra artıq 5 gündür ki, komandanın məşqlərinə gəlmədiyi bildirilib.
59 yaşlı mütəxəssisin yaxın zamanda baş məşqçi postundan istefa verəcəyi gözlənilir.
Dieqo Maradona 2019-cu ilin sentyabrında “Ximnasiya”ya baş məşqçi təyin olunub. Argentinalı mütəxəssis ötən ilin noyabrında istefa vermiş, ancaq 2 gün sonra yenidən işinə başlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin