Maradona prezidentin təklifinə “yox” dedi
Argentinanın “Ximnasiya” klubunu çalışdıran Dieqo Maradona Venesuela milli komandasında baş məşqçi olmaq təklifini rədd edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 59 yaşlı mütəxəssis açıqlamasında deyib. Maradona, Venesuelanın prezidenti Nikolas Maduronun ona yığmada baş məşqçilik etməyi təklif etdiyini bildirib:
“Maduro mənə milli komandada iş təklifi etdi. Ancaq ona klubuma verdiyim sözümün olduğunu dedim”.
Dieqo Maradona 2019-cu ilin sentyabrında “Ximnasiya”ya baş məşqçi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin