Prezident getsə, Maradona da gedəcək
Argentinanın “Ximnasiya” komandasını çalışdıran Dieqo Maradona postundan ayrıla bilər.
Komanda.az “TNT Sports”a istinadən xəbər verir ki, La Plata təmsilçisinin hazırkı prezidenti Qabriel Pelleqrino növbəti il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Maradona, Pelleqrinonun klubdan ayrılacağı təqdirdə, postundan gedəcəyini bildirib. 59 yaşlı mütəxəssisi “Ximnasiya” klubuna məhz Pelleqrino gətirib.
Maradona sentyabr ayından Argentina klubunda baş məşqçilik edir. Onun rəhbərlik etdiyi kollektiv Argentina çempionatında 13 turdan sonra 10 xalla 22-ci yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin