“Yeni Messi” “Yuventus”u seçdi
Argentinanın “Veles Sarsfild” klubunun fubolçusu Matias Sule karyerasını İtaliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi “Yuventus”a keçəcək. Bu barədə Sule rəsmi “instagram” hesabında paylaşım edib.
Argentinada “Yeni Messi” adlandırılan futbolçu “Barselona”, “Monako”, “Yuventus”, “Mançester Siti”, “Çelsi”, “Milan” kimi klubların da diqqət mərkəzində idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin