35 yaşlı yarımmüdafiəçi “çərçivə”ni qorudu, komandası qələbə qazandı
Argentinanın “River Pleyt” komandası Libertadores kubokunun 5-ci turunda “Santa Fe”ni (Kolumbiya) 2:1 hesabıyla məğlub edib.
Komanda.az xəbər verir ki, “River Pleyt”də 25 futbolçunun koronavirusa yoluxması səbəbindən bu qarşılaşma üçün yalnız 11 oyunçu heyətdə yer alıb. Argentina təmsilçisinin “Santa Fe” ilə oyunda əvəzetmə şansı olmayıb. Bununla yanaşı, komandanın bütün qapıçılarının koronavirusa yoluxmasına görə də “River Pleyt”in “çərçivə”sini 35 yaşlı yarımmüdafiəçi Entso Peres qoruyub. Qapıda inamlı təsir bağışlayan Peres beş “seyv”lə yadda qalıb.
“River Pleyt” D qrupunda 9 xalla liderdir. Kolumbiya təmsilçisi “Santa Fe” isə qrup sonuncusudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin