Argentina pullarında Messinin siması görünür – FOTO
Argentinada millinin 2022-ci il dünya çempionatının finalında Fransanı məğlub etdiyi o əlamətdar andan artıq bir il yarım keçməsinə baxmayaraq, kuboku qazanmaq eyforiyası səngiməyib.
Komanda.az “pronto.com.ar”-a istinadən xəbər verir ki, bu yaxınlarda ölkədə yeni 10 min peso əskinas dövriyyəyə buraxılıb və argentinalılar əskinasların birində Lionel Messinin şəklini gördüklərini deyirlər.
Sosial şəbəkə bu mövzuda söhbətlərlə doludur. Messini əskinasın arxasındakı əsgərlərin arasında görmək olar.
Əskinasın üzərində general Belqranonun 1812-ci ildə bayrağa and içərkən orada bir qrup əsgərlə birlikdə təsviri var. Argentinalılar bunu öz tarixlərində Argentinanın yarandığı il hesab edirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin