
Argentinanın o seriyası qırıldı
Argentina millisinin məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.
Komanda.az xəbər verir ki, argentinalılar DÇ-2022-nin ilk matçında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub.
Asiya təmsilçisi Argentina millisinin 36 matçlıq seriyasına son qoyub. Argentina İtaliyanın 37 oyunluq nailiyyətini təkrarlaya bilməyib.
Argentina yığması bu oyunadək sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin