Krespo istefa verdi
Argentinanın “Defensa və Xustisiya” komandasının baş məşqçisi Ernan Krespo vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə 46 yaşlı mütəxəssis “instagram” hesabında paylaşım edib. Krespo ötən ilin yanvarından “Defensa və Xustisiya” klubunu çalışdırırdı.
“Defensa və Xustisiya” onun rəhbərliyi altında Cənubi Amerika kubokunu qazanıb.
Ernan Krespo futbolçu kimi Argentina yığmasında 64 oyuna 35 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin