Argentinalı yarımmüdafiəçi Türkiyə klubunda
Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa klubu argentinalı yarımmüdafiəçi Fede Varelanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Varela İspaniyanın “Leqanes” klubundan transfer edilib. Bu kluba 2019-cu ilin yayında “Portu”dan gələn yarımmüdafiəçi geridə qalan mövsümü icarə əsasında “Las Palmas”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin