Argentinalı ulduz futbolçu İngiltərədə klub satın aldı

Ötən il futbolçu karyerasını başa vuran Maksi Lopes İngiltərənin “Birmingem Siti” klubunu satın alıb.

Komanda.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Birmingem təmsilçisinin əvvəlki sahibi Pol Suenin satışa çıxardığı klubun hissələrini Maksi Lopesin də üzvü olduğu investisiya qrupu tərəfindən satın alınıb. “Daily Mirror”un iddiasına görə, klubun satışı 30 milyon funt-sterlinqə başa gəlib. Beləliklə, Maksi Lopes İngiltərədə bir klub sahibi olan ilk argentinalıya çevrilib.

Xatırladaq ki, 38 yaşlı veteran oyunçu karyerası ərzində “River Pleyt”, “Barselona”, “Malyorka”, “Kataniya”, “Milan”, “Sampdoriya”, “Torino”, “Kyevo”, “Udineze”, “Krotone”, “Moskva”, “Qremio”, “Vasko da Qama” kimi klublarda forma geyinib. Lopes son olaraq İtaliyada aşağı liqa təmsilçisi “Sambenedetteze” klubunun uğurları üçün çalışıb.

147 illik tarixə sahib “Birmingem Siti” hazırda Çempionşipdə mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button