Di Mariya üçün Türkiyədən “elçi”

“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariya cari mövsümün sonunda iş yerini dəyişəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu də onun keçidini gerçəkləşdirməkdə israrlıdır.

Öncədən “Benfika”nın Di Mariyanı geri qaytarmaq niyyətində olduğu haqda xəbər vermişdik.

Di Mariyanın Turin klubu ilə müqaviləsi iyunun sonunda başa çatacaq.

Argentinalı futbolçu 2022/23 mövsümündə “qoca sinyora”nın heyətində 39 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

O, karyerası ərzində “Benfika” (2007-2010), “Real” (2010-2014), “Mançester Yunayted” (2014-2015), PSJ (2015-2022) kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button