Argentinalı sabiq futbolçudan ölkəsinə maddi dəstək

Argentina millisinin sabiq futbolçusu Ezekiel Lavezzi koronavirusla mübarizə üçün ölkəsinə yardım edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı sabiq futbolçu, doğulduğu Villa Qubernator Qalvev qəsəbəsinə 70 min avroluq yardım edib. Bu məbləğlə ehtiyacı olan insanlar üçün qida paylanacaq.

PSJ, “Napoli” kimi klubların şərəfini qoruyan keçmiş futbolçu, keçən il karyerasını bitirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button