Argentinalı dünya çempionundan gələcəyi ilə bağlı açıqlama

“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines klubdan ayrılmaq ehtimalı barədə fikirlərini bölüşüb.

Son günlər 32 yaşlı qolkiperin həm Avropanın top-klublarının, həm də Səudiyyə Ərəbistanı təmsilçilərinin maraq dairəsində olduğu deyilir.

Komanda.az “AlbicelesteTalk”-a istinadən xəbər verir ki, argentinalı dünya çempionu məsələyə belə münasibət bildirib:

“Gələcəyim? Dəqiq heç nə bilmirəm. Hazırda yığmanın düşərgəsindəyəm və bütün fikrimi milliyə yönəltmişəm. Başqa kluba keçmək istəyirəmmi? Transfer pəncərəsi yenicə açılıb, görüləsi çox iş var”.

Martinesin “Aston Villa” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button