İkardi “Qalatasaray” tarixinin bombardiri ola bilər
Mauro İkardi “Qalatasaray”ın heyətində son iki mövsümdə 55 qol vurub və hazırda klubun tarixində ən çox fərqlənən futbolçu olmaq yolundadır.
Komanda.az “baberkibris.com”-a istinadən xəbər verir ki, argentinalı futbolçu “Qalatasaray”ın çıxış etdiyi bütün turnirləri nəzərə alaraq, daha 18 qol vurmalıdır.
İkardi klubda 116 matçda 61 qol vuran Milan Baroşa yetişə bilər. Siyahıda lider isə ötən əsrin 90-cı illərinin ikinci yarısında “Qatalasaray”da çıxış edən Rumıniya futbolunun əfsanəsi Georgi Hacidir. Onun 192 matçda 72 qolu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin