İkardi PSJ-dən ayrılır?

Argentinalı hücumçu Mauro İkardi Fransanın PSJ klubundan ayrılacağı iddialarına münasibət bildirib.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu, “instagram” hesabında etdiyi paylaşımda PSJ-də qalacağını qeyd edib:

“PSJ-də qalıram. Heç zaman verdiyim qərarın düzgünlüyünə şübhə etməmişəm. İrəli, PSJ!”

İkardinin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button