Messi: “Bu, böyük bir rəzalətdir”

Argentinalı hücumçu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində yarımçıq dayandırılan Braziliya – Argentina matçı ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Messi, yaşanan xoşagəlməz hadisə ilə bağlı bunları deyib:

“Üç gündür burdayıq. Bizi əvvəldən göndərə bilərdilər. Nə üçün oyunun başlamasını gözlədilər? Bu, böyük bir rəzalətdir”.

Braziliya – Argentina matçının startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar. Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button