“Yuventus” argentinalı futbolçu ilə vidalaşmağı düşünür

“Yuventus”un argentinalı futbolçusu Nikolas Qonsales Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun Turin təmsilçisində ilk mövsümü uğurlu alınmadığı üçün komandanın planlarında yer almır.

Səudiyyə Ərəbistanından adı açıqlanmayan bir klub artıq Qonsalesin mümkün transferi ilə bağlı məlumat sorğusu göndərib. “Yuventus” onu ötən ilin yayında “Fiorentina”dan 28 milyon avro qarşılığında məcburi satınalma şərti ilə icarəyə götürmüşdü.

Qonsales “Yuve”nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button