Argentinalı futbolçu Super Liqa klubunda

Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi argentinalı yarımmüdafiəçi Fernando Zuquini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Estudiantes”dən transfer edilən futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır.

“Yeni Malatyaspor” öz oyunçularından Eren Tozlu ilə də yollarını ayırıb. Dörd il idi bu klubun uğurları üçün çalışan 29 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb və çalışdığı hər kəslə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button