Argentinalı futbolçu keçmiş klubuna qayıdır

Argentina millisinin sabiq futbolçusu Ever Baneqa “Əl-Şabab”dan ayrılıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

35 yaşlı futbolçunun yeni komandası da bəlli olub. O, “Nyuells Old Boyz”la anlaşıb.

Baneqa “Boka Xuniors”, “Valensiya”, “Atletiko”, “Sevilya”, “İnter” klublarında çıxış edib. O, 2014-cü ildə “Nyuells Old Boyz”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button