
Argentinalı futbolçu “Bayern”in təklifini rədd edib
Argentina millisinin və “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister “Bayern”dən təklif alıb.
Komanda.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
26 yaşlı futbolçu Münhen klubunun təklifini geri çevirib və karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verib.
Makallister 2023-cü ilin yayından “Liverpul”da çıxış edir və onun klubla müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Argentinalı futbolçu son Premyer Liqa mövsümündə 35 oyuna çıxıb, 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



