Argentinada mövsümə yekun vuruldu
Argentinada futbol mövsümü vaxtından əvvəl yekunlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə Argentina Futbol Asssosiasiyasının prezidenti Klaudio Tapia “TNT Sports”a açıqlamasında bildirib.
Tapia belə bir qərar vermələrinə koronavirus pandemiyasını səbəb göstərib. Onun sözlərinə görə, qarşıdakı iki mövsüm ərzində heç bir klub elitanı tərk etməyəcək. Lakin elitaya yüksələn klublar olacaq. Nəticədə 2021/22 mövsümündə elitada klubların sayı 24-dən 28-ə çatdırılacaq. Digər liqalar arasında mübadilə məsələsi isə gələcəkdə həllini tapacaq.
Qeyd edək ki, Argentina çempionatında mövsüm dayandırılarkən 23 oyuna 48 xal toplayan “Boka Xuniors” zirvədə qərarlaşmışdı. Sonrakı yerləri isə “River Pleyt” (47 xal) və “Veles Sarsfild” (39) tutur.
Bizi Facebook-da izləyin