Argentinada ilin idmançısı açıqlanıb
“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentinada ilin ən yaxşı idmançısı seçilib.
Komanda.az xəbər verir ki, bu münasibətlə 36 yaşlı futbolçuya “qızıl olimpiya” mükafatı təqdim olunub.
Messi rekord sayda – 4-cü dəfə Argentinanın ən yaxşı idmançısı adına layiq görülüb. O, həmçinin, ilin ən yaxşı futbolçusu mükafatını da qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin