Argentina yığmasının üzvü “Sevilya”da
“Sevilya” növbəti transferini həyata keçirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Lissabon “Sportinq”inin müdafiəçisi Markos Akunyanı heyətinə qatıb.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Argentina yığmasında 25-dən çox oyun keçirmiş Akunya, 2010-2107-ci illər aralığında ölkəsinin “Ferrokarril” və “Rasinq” klublarında forma geyinib. 2017-ci ildən isə o, “Sportinq”in uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin