Stadiona adı veriləcək – mərhum futbolçunun

Argentinanın “San Martin Proqreso” klubu mərhum futbolçu Emiliano Salanın xatirəsinə stadionunun adını dəyişəcək.

Komanda.az xəbər verir ki, stadionun adının dəyişdirilməsi Salanın doğum gününə – oktyabrın 31-nə planlaşdırılır. Stadion Salanın adını daşıyacaq. Bundan əlavə, mərhum argentinalı hücumçunun xatirəsi stadionun divarlarında qrafitlərlə əbədiləşdiriləcək.

Emiliano Sala gənc yaşlarında məhz “San Martin Proqreso” klubunun formasını geyinib.

Sala “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button