Maradonanın öldüyü evə baxış keçirilə bilər

Argentina prokurorluğu keçmiş futbolçu Dieqo Maradonanın öldüyü evə baxış keçirmək üçün icazə istəyib.

Komanda.az EFE-yə istinadən xəbər verir ki, Maradonanın ölümü ilə bağlı dinləmə martın 6-da baş tutub. 5 həkim və 3 tibb bacısı təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb və onları 8 ildən 25 ilə qədər həbs gözləyir.

Maradonanın ölüm səbəblərini araşdıran ekspert komissiyası onun beynindəki subdural hematomanın çıxarılması üçün əməliyyatdan sonra ona lazımi qayğı göstərilmədiyi qənaətinə gəlib.

Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında vəfat edib. Onun ölümündən sonra Argentinada üç günlük matəm elan edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button